Simsar.az | bizi özünüzə Simsar bilin
Polislər kollegiya iclası keçirir

DİN -də toplantıda əsas mövzu ictimai asayişi pozmağa yönələn əməllərlə bağlıdır

APA-nın məlumatına görə, daxili işlər naziri Ramil Usubovun rəhbərliyi ilə keçirilən kollegiyada idarə, şöbə və bölmə rəisləri iştirak edirlər. Kollegiyada ölkədəki kriminogen durum, cinayət hadisələrinin açılması, cinayətkarlıqla mübarizə, itkin düşmüş şəxslərin tapılması, tanınmamış meyitlərin müəyyən edilməsi istiqamətində həyata keçirilən tədbirlər və digər məsələlər müzakirə olunacaq. 

Kollegiyada, həmçinin ölkədə ictimai asayişi pozmağa yönələn əməllərlə bağlı da müzakirələrin aparılacağı gözlənilir.

5 Aprel, 2011  16:15 Baxılıb: 1314

Bu bölmədə