Simsar.az | bizi özünüzə Simsar bilin
Yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, aprelin 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, aprelin 4-dən 5-ə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. 

Mülayim cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 5-də əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

5 Aprel, 2011  13:44 Baxılıb: 1323

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası