Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə hava məkanını Ermənistana bağlaya bilər

İrəvan hava məkanını Azərbaycan üçün bağlayacağı təqdirdə...

Ermənistan hava məkanını Azərbaycan təyyarələrinə qapadacağı, işğal olunmuş Xankəndi şəhərinə uçuşlar təşkil edəcəyi halda, hava blokadası ilə üzləşə bilər.

Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Ermənistan hava məkanını Türkiyə və Naxçıvan Muxtar Respublikasına uçan Azərbaycan təyyarələri üçün bağlayacağı təqdirdə, Türkiyə tərəfi də öz hava məkanını İrəvana uçuşlar üçün bağlaya bilər.

Bu, Azərbaycan və Türkiyə arasında müvafiq sahədə əldə olunmuş anlaşmalarda da əksini tapıb.

5 Aprel, 2011  04:15 Baxılıb: 1255

Bu bölmədə