Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Qobustan və Ələtdə olub

Hacıbala Abutalıbov görülən işlər barədə prezidentə ətraflı məlumat verib

Aprelin 4-də prezident İlham Əliyev Bakı ətrafında yerləşən qəsəbələrin sosial-iqtisadi inkişafına dair verdiyi tapşırıqların yerinə yetirilməsinin vəziyyəti ilə tanış olmaq məqsədi ilə Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində olub.

Simsar.az-ın məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə prezidentə ətraflı məlumat verib. Bildirilib ki, görülən tədbirlər çərçivəsində 14500 nəfər əhalisi olan Qobustan qəsəbəsində yollara 10 min kvadratmetr sahədə yeni asfalt döşənib, yollarda yeni işıqlandırma sistemi quraşdırılır. Daha sonra prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşüb.

Qobustan qəsəbəsindən sonra prezident İlham Əliyev Ələt qəsəbəsinə gedib. Burada görülən işlər barədə məlumat alan ölkə başçısına qəsəbədə 60 min kvadrat metr sahədə yollara asfalt döşənəcəyi və yeni məktəb, xəstəxana binası inşa olunacağı bildirilib.

5 Aprel, 2011  04:08 Baxılıb: 1323

Bu bölmədə