Simsar.az | bizi özünüzə Simsar bilin
Nazirin iştirak etdiyi tədbirdə dəyişiklik

IV plenum keçirilib

Aprelin 4-də Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin IV plenumu keçirilib. Plenumda təşkilati məsələlərə baxılıb.
Tofiq Musa oğlu Musayev öz xahişi ilə tutduğu vəzifədən azad olunub, Seymur Vaqif oğlu Orucov Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib.

Azərbaycan Həmkarlar İttifaqı mətbuat xidmətindən simsar.az saytına verilən məlumata görə, plenumda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov iştirak və çıxış ediblər.

Simsar.az


4 Aprel, 2011  23:20 Baxılıb: 1407

Bu bölmədə