Simsar.az | bizi özünüzə Simsar bilin
Fazil Məmmədov əmr imzaladı

Bəyannamə, arayış, hesabat formaları və onların doldurulma qaydaları təsdiq edilib

Vergilər naziri Fazil Məmmədovun müvafiq əmrilə “Gəlir vergisinin bəyannaməsi” və onun əlavəsi, “Mənfəət vergisinin bəyannaməsi” və onun əlavəsi, “Əmlak vergisinin bəyannaməsi” və onun əlavəsi, “Dövlət rüsumu tutulması haqqında hesabat” və “Vergi öhdəliyinin yaranmaması haqqında arayış” formaları, eləcə də bəyannamələrin, hesabat və arayışın yeni tərtib olunma qaydaları təsdiq edilib.
Simsar.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni bəyannamə formaları və onların tərtib edilmə qaydaları Vergilər Nazirliyinin “www.taxes.gov.az” rəsmi internet saytında yerləşdirilib.

4 Aprel, 2011  23:03 Baxılıb: 1558

Bu bölmədə