Simsar.az | bizi özünüzə Simsar bilin
Nursultan Nazarbayev yenə prezident oldu

Nəticəyə görə qazaxların cəmi 5 faizi ona "yox" deyib

Qazaxıstanın hazırkı dövlət başçısı Nursultan Nazarbayev bazar günü keçirilən prezident seçkilərində 95,5 faiz səs toplayıb.

APA-nın məlumatına görə, bu rəqəmi Mərkəzi Seçki Komissiyası açıqlayıb. Səsvermənin nəticələrinə görə, seçkilərdə iştirak edən Jambıl Əhmədbəyov 1,4%, Mels Eliusizov 1,2% və Qəni Qasımov 1,9% səs toplayıb. Səsvermənin yekun nəticələri iki gün ərzində açıqlanacaq. Xatırladaq ki, Nursultan Nazarbayev 20 ildən artıqdır Qazaxıstana rəhbərlik edir.

4 Aprel, 2011  15:39 Baxılıb: 1235

Bu bölmədə