Simsar.az | bizi özünüzə Simsar bilin
Mitinq bitdi

Müxalifət və DİN açıqlama verəcək

İctimai Palatada təmsil olunan müxalifət partiyalarının bu gün saat 14.00-a Fəvvarələr Meydanına təyin etdiyi razılaşdırılmamış mitinq başa çatıb. Simsar.az-ın əməkdaşının verdiyi məlumata görə, əraziyə polis nəzarət edir, mitinqçilər gözə dəymir. 

Polis tərəfindən onlarla şəxsin saxlanıldığı bildirilir. Onların bəzisi sərbəst buraxılıb. Aksiya keçirilən ərazidə xırda dağıntılar var. Yaxın saatlarda müxalifətin və hüquq mühafizə orqanlarının açıqlama verəcəkləri gözlənilir.

RAMİL

2 Aprel, 2011  21:53 Baxılıb: 3704

Bu bölmədə