Simsar.az | bizi özünüzə Simsar bilin
"Əli Kərimlinin evinin qarşısında olmamışam"

Gənclər təşkilatlarından birinin sədri bəyanat yaydı

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova bəyanat yayıb. Bəyanata səbəb G.Səfərovanın adının AXCP sədri Əli Kərimlinin evinin qarşısında keçirilən aksiyada iştirakda hallanmasıdır. 

Bəyanatda bildirilir ki, son zamanlar Azərbaycanda radikal qüvvələr tərəfindən dövlətçiliyimizə və müstəqilliymizə zərbə vurmağa yönəlmiş fəaliyyətlər həyata keçirməyə cəhd göstərirlər:

“İctimai təşkilatlar baş verənlərlə bağlı öz mövqelərini bildirirlər. Biz də AGAT olaraq cəmiyyətimizin inkişafında töhvəmizi verərək hər zaman açıq və konkret mövqeyimizi bildirmişik. Lakin son iki gündə AXCP sədri Əli Kərimlinin evinin qarşısında keçirilən mitinqin təşkilatçısı qismində Gülsel Səfərovanın olduğu qeyd olunur”.

G.Səfərova bildirir ki, verilmiş məlumat əsassızdır:
“ Bu cür şaiyələr radikal qüvvələrin qeyri-sağlam, fitvaya gedən və bilinməyən mənbələrə xidmət etdiklərini sübut edir. Gülsel Səfərovadan heç bir düzgün məlumat əldə etmədən, bu cür yanlış informasiya yayılması, bir daha müxalif medianın qeyri-peşəkarlığından xəbər verir. Bu kontekstdən çıxış edərək sosial şəbəkələrdə və müxalif internet kanallarda yayılmış bu əssasız və qeyri-ciddi məlumatlar, Gülsel Səfərovaya yönəlmiş şər və böhtan kimi qəbul edilir”.

RAMİL

2 Aprel, 2011  18:51 Baxılıb: 2537

Bu bölmədə