Simsar.az | bizi özünüzə Simsar bilin
Xankəndindəki uçaqların məhvi texniki cəhətdən mümkündür

Ekspert Üzeyir Cəfərova görə, Azərbaycanın hərbi imkanları uzaq məsafədəki hədəfləri vurmaq gücündədir

Rəsmi Bakı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xankəndi şəhərində ermənilərin inşa etdiyi hava limanına uçuşlar edən təyyarələri məhv edə bilər. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov bildirib.

Artıq ötən ilin oktyabr ayında ADMAA bununla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) da xəbərdarlıq göndərib.
“Biz bildirdik ki, Qarabağ üzərində hava məkanımız bağlıdır. “Aviasiya haqqında” qanuna əsasən hətta ora uçan təyyarələrin fiziki cəhətdən məhv edilməsi də mümkündür”, - deyə A. Məmmədov vurğulayıb.

Amerikanın Azərbaycandakı səfirliyi aeroport tikilənə qədər tərəfləri dialoqa dəvət edib. Ermənistan prezidenti Serj Sərkisyan isə bildirib ki, aeroporta gedəcək təyyarənin ilk sərnişini özü olacaq.

Rəsmi Bakının Xankəndi aeroportuna uçuş edən təyyarələri məhv ediləcəyi barədə xəbərdarlığı ölkə daxilində də birmənalı qarşılanmayıb.

Ümumiyyətlə, Azərbaycanın hərbi hava qüvvələrinin Xankəndində tikiləcək aeroporta uçuş edəcək təyyarələrini vurmaq imkanı varmı?

Hərbi ekspert Üzeyir Cəfərov Simsar.az-a bildirib ki, texniki cəhətdən bu mümkündür: «Azərbaycanın hərbi hava qüvvələrinin uzaq məsəfəli hədəfləri vurmaq imkanına malik silahları var. Müxtəlif raket növləri var ki, onların vasitəsilə bu əməliyyatı həyata keçirmək olar. Bunun üçün sadəcə, siyasi iradə lazımdır»

Ruslan

2 Aprel, 2011  17:38 Baxılıb: 1305

Bu bölmədə