Simsar.az | bizi özünüzə Simsar bilin
Müğənnilərimiz mal-qara otaracaq

Oqtay Əliyev: “Həm onların işgörmə qabiliyyətləri üzə çıxacaq, həm də bu yolla hansısa ailələrə yardımçı olacağıq”

Bu yaxınlarda «SOY» Prodüser Mərkəzinin daha bir maraqlı verilişi efirə gedəcək. Bu haqda mərkəzin rəhbəri Oqtay Əliyev məlumat verib. 

Simsar.az saytına danışan O.Əliyev üzərində hazırlıq işləri gedən bu veriliş may ayına kimi efirə çıxacağını deyib: «Veriliş «Zəhmətkeş ulduz» adlanacaq. Hər verilişimizdə iki tanınmış müğənnimizi özümüzlə rayonlara aparıb, onlara kənd işləri gördürəcəyik. Yəni ulduzlarımız mal-qara otarmaq, toyuq cücə yemləmək, su daşımaq, tövlə təmizləmək, böyük qazanda yemək bişirmək kimi işlər görəcəklər. Beləliklə, həm onların işgörmə qabiliyyətləri üzə çıxacaq, həm də bu yolla hansısa ailələrə yardımçı olacağıq. Təbii ki, veriliş üçün ilk növbədə dəstəyə ehtiyacı olan ailələr seçiləcək».

Elşad ÜMİD

2 Aprel, 2011  17:24 Baxılıb: 1694

Bu bölmədə