Simsar.az | bizi özünüzə Simsar bilin
MEHRİM PİŞİK GÜNELİN ƏRİNDƏN AYRILDI

“Onun üçün çəkdiyim əziyyəti, itirdiyim vaxtı elə özümə sərf edərəm də…”

İki il öncə Pişik ləqəbli müğənni Günel Ələkbərova ilə toyundan bir neçə gün qabaq qaçaq düşən Fərrux Faziloğlu sonradan ortalıqda digər müğənni Mehrim ilə görünməyə başladı. 

Mehrim və Günel vaxtilə rəfiqə olsalar da, sonradan bir-birinə düşmən kəsiliblər. Güneldən daha populyar olmağı qarşısına məqsəd qoyan Mehrim xanım onun keçmiş həyat yoldaşı ilə işbirliyi qurmuşdu.

Nəzərinizə çatdıraq ki, Fərrux Faziloğlu da müğənnidir. Yeni cütlüyün planları geniş olsa da - duet albomu, kliplər və s. - onların da ittifaqı uzun sürməyib. Bunu Simsar.az saytına danışan Mehrim xanım özü də təsdiq edir: «Mən Fərruxa yaxşılıq etmək istədim, çünki onun yaxşı dost olduğuna inanmışdım. Artıq bir çox müştərək işlərimiz reallaşmışdı. Amma onun tənbəlliyi məni yordu. Sanki bütün işləri mən görməliydim. Halbuki qurduğumuz planlar hər ikimizin reklamı, irəliləyişi üçün idi. Fərrux işbirliyimizi lazımınca dəyərləndirmədi və mən boş yerə vaxt itirməmək üçün ayrılmağa qərar verdim. Onun üçün çəkdiyim əziyyəti, itirdiyim vaxtı elə özümə sərf edərəm də…».

Elşad ÜMİD

2 Aprel, 2011  17:16 Baxılıb: 2467

Bu bölmədə