Simsar.az | bizi özünüzə Simsar bilin
BMT-nin nümayəndəsinin BMT-dən xəbəri yoxdur

Fikrət Akçura: “BMT-nin müvafiq təşkilatı Xankəndində hava limanının açılması və ora aviareyslərin həyata keçirilməsi ilə bağlı qərar verməyibsə, bu qanunsuzdur”

“Xankəndində hava limanının açılması və ora aviareyslərin həyata keçirilməsi üçün BMT-nin müvafiq təşkilatı tərəfindən qərar verilməyibsə, deməli, bu, qanunsuzdur”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərin suallarına cavab olaraq BMT-nin Azərbaycan üzrə rezident əlaqələndirici Fikrət Akçura deyib. Rezident əlaqələndiricisi BMT-nin hər bir sahə üzrə təşkilatının olduğunu xatırladaraq, hava nəqliyyatı sahəsində də qurumun - Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) fəaliyyət göstərdiyini deyib: “Yeni açılan hava koridorları ilə bağlı BMT-nin bu təşkilatının qərarlar verməsi lazımdır. Bilmirəm, konkret olaraq, bu məsələ ilə bağlı həmin təşkilatın açıqlaması olubmu? Onların icazəsi olmadan, belə addımlara icazə verilmir. İcazə verilməyibsə, deməli, bu qanunsuzdur”.

2 Aprel, 2011  16:49 Baxılıb: 1234

Bu bölmədə