Simsar.az | bizi özünüzə Simsar bilin
İşçilər məşhur şirkətin rəhbərinə qarşı çıxdı

“Acer” şirkətinin rəhbəri istefa verdi

2008-ci ildən etibarən Tayvanın “Acer” şirkətinin prezidenti və icraçı direktoru vəzifəsində çalışan Canfranko Lançi istefa vermək qərarına gəlib.

Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən məlumatına görə, top menecerin şirkəti tərk etməsinin səbəbi isə onun direktorlar şurasının əksər üzvləri ilə “Acer”in gələcək inkişaf istiqamətinə dair fikir ayrılıqları olub. 


Tərəflər hətta bir neçə aylıq dialoqdan sonra razılığa gələ bilməyiblər. Tayvan şirkətinin rəhbərinin vəzifələrini müvəqqəti olaraq direktorlar şurasının sədri Cey Ti Vonq icra edəcək.

Xatırladaq ki, Canfranko Lançi “Acer”-ə 1997-ci ildə ABŞ-ın “Texas Instruments” şirkətindən keçib. Onun rəhbərliyi altında “Acer” satış həcmini xeyli artırıb, “TravelMate” noutbuklarının və “AspireOne” netbuklarının istehsalına başlayıb. Prezident vəzifəsinə Canfranko Lançi 2005-ci ildə, icraçı direktor vəzifəsinə isə 2008-ci ildə təyin edilib.

2 Aprel, 2011  15:40 Baxılıb: 1341

Bu bölmədə