Simsar.az | bizi özünüzə Simsar bilin
Su borcları silinir

Prezident Nazirlər Kabinetinə tapşırıq verib

Prezident Ilham Əliyev martın 31-i Zabratda əhali qarşısında çıxış edərkən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq məqsədi maraqlı açıqlamalar verib.

Prezident Bakıətrafı qəsəbələrin sosial-iqtisadi problemləri həll istiqamətində atılacaq addımlara diqqət çəkib. İlham Əliyev deyib: “Apreldə müvafiq proqram qəbul ediləcək. Proqram qəbul olunandan sonra dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulacaq.

Sakinlərindən xahiş edirəm ki, bu proqramın icrası ilə bağlı olan məsələləri Prezident Administrasiyasına da göndərsinlər. Əgər hər hansı bir irad varsa, narazılıq varsa, mütləq bizim xəbərimiz olmalıdır ki, bütün bu məsələlər lazımi səviyyədə görülsün”. 

Prezident çıxışında qeydiyyat içməli su və kanalizasiya proqramlarının da icra olunduğunu deyib.

Ölkə başçısı əhaliyə bir sevincli xəbər də verib: “ İçməli su ilə bağlı keçmişdən yığılmış borclar var.

Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər var. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək”.

İki il öncə əhalinin sərf etdiyi elektrik enerjisinə borcları da prezidentin tapşırığı ilə silinib.

Anar 

2 Aprel, 2011  02:20 Baxılıb: 1659

Bu bölmədə