Simsar.az | bizi özünüzə Simsar bilin
Yol polislərinin “1 apreli”

“Biz ümumiyyətlə zarafat etmirik”...

1 aprel - Beynəlxalq Gülüş Günüdür. Lent.az-ın məlumatına görə, aprelin 1-də dünyanın müxtəlif yerlərində insanlar bir-biri ilə zarafat edir, əhval-ruhiyyəni yüksəldirlər. Lakin bu o demək deyil ki, aprelin 1-də hamı bir-birini aldada və ya güldürə bilər. Məsələn Azərbaycanın yol polisləri kimi...


Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Simsar.az-a bildirib ki, hansı gün olmağından asılı olmayaraq, yol polisi öz işi ilə ciddi məşğuldur: “Biz ümumiyyətlə zarafat etmirik”.


K.Əliyev həmçinin qeyd edib ki, yol patrul maşınlarında yeni post-terminallar quraşdırılır: “Artıq işlər yekunlaşmaq üzrədir. Beynəlxalq Bankın dəstəyi ilə 200-dən çox aparatın quraşdırılması planlaşdırılır. Bu terminallar vasitəsilə sürücülər yerindəcə cərimələrini ödəyə biləcəklər. Bu imkandan qaydanı pozmuş və cərimə tətbiq olunmuş piyadalar da istifadə edə biləcək”.

2 Aprel, 2011  00:51 Baxılıb: 1196

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası