Simsar.az | bizi özünüzə Simsar bilin
SƏYYAD ARAN SİMSAR.AZ-ın SUALINDAN YAYINDI

Keçmiş konsulun cavabı: “Mən maşındayam”

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu “31 Mart 1918. Azərbaycanlıların Soyqırım Günü” başlıqlı yazıda məlum faciəni Müsavat Partiyası ilə Daşnakstyun Partiyası arasında olan münaqişənin nəticəsi kimi göstərib və ölənlərin sayının 3 - 12 min arası olduğunu qeyd edib. 

Məqalə saytda yerləşdirildiyi dövrdə konsul Səyyad Aran olub.

İstanbuldakı baş konsulumuz Həsən Zeynalov mətbuata açıqlamasında bildirib ki, yazı keçmiş baş konsul Səyyad Aranın çalışdığı dönəmdə sayta qoyulub: «Bir ildir ki, sayt yenilənmir. Ona görə də o məqalə orada qalıb. Ancaq bildirim ki, həmin dövrdə mətbuat katibi işləmiş adam da daha burada çalışmır».

Məsələyə daha geniş aydınlıq gətirmək üçün Simsar.az Azərbaycanın İstambuldakı keçmiş konsulu Səyyad Aranla əlaqə saxlamağa cəhd göstərib. Əməkdaşımızın saat 10-dan 13-ə qədər etdiyi davamlı zənglərə «mən maşındayam» cavabını verərək sualdan yayınan S.Aran günün sonunda etdiyimiz növbəti zəngdə «sayta mən yox, mətbuat xidməti baxıb. Bundan artıq heç nə deyə bilmərəm. Başqa vaxt zəng edərsiniz danışarıq» deyə cavab verib.

RAMİL



1 Aprel, 2011  23:03 Baxılıb: 1454

Bu bölmədə