Simsar.az | bizi özünüzə Simsar bilin
Ombudsman Eynulla Fətullayevin istəmədiyini etdi

Jurnalist “karser”dən çıxmaq istəmirdi, Elmira Süleymanova onu çıxartdırdı 

Ombudsman Aparatının rəhbəri Elmira Süleymanovanın müraciətindən sonra jurnalist Eynulla Fətullayev saxlanıldığı “karser”dən çıxarılıb. 

Bu barədə məlumat verən E.Fətullayevin atası Emin Fətullayev bidirib ki, oğlu dustaqların saxlanıldığı 1 saylı islak əmək müəssisəsinin ümumi hissəsinə köçürülüb. 

Ədliyyə naziri E.Fətullayevin “karser”dən çıxarılması ilə bağlı Ombudsmanın müraciətinə müsbət cavab verib. E.Fətullayevin saxlanıldığı müssisənin rəhbərliyi bildirib ki, jurnalistin həyatı üçün heç bir təhlükə yoxdur.

Jurnalistin atası isə fərqli açıqlama verib. Emin Fətullayev mətbuata açıqlamasında bildirib ki, oğlunun “karser” dən ümumi müəssisəyə köçürülməsi onun həyatı üçün növbəti təhlükə yarada bilər: “Eynulla Fətullayevin həbsdə olduğu cəza müəssisəsinin rəhbərliyi təhlükə olmadığını desə də, oğlum həyatından narahatdır”.

Martın 7-də E. Fətullayevin vəkili Anar Qasımov mətbuat konfransı keçirərək bildirib ki, jurnalist karserə 5 gün öncə öz razılığı ilə karserə köçürülüb.

Burdan belə anlaşılır ki, Ombudsmanın E.Fətullayevin vəziyyəti ilə bağlı ədliyyə nazirinə müraciəti heç də jurnalistin xeyrinə deyil.

RAMİL

1 Aprel, 2011  22:30 Baxılıb: 1291

Bu bölmədə