Simsar.az | bizi özünüzə Simsar bilin
102 jurnalistə ev veriləcək

Prezidentin ayırdığı 5 milyon manat 2 bloqlu 17 mərtəbəli binaya xərclənir

Jurnalistlər üçün nəzərdə tutulan yaşayış binasının tikintisinə başlanılıb. Səbayel rayonun 20-ci sahə deyilən ərazisində, 6 saylı peşə məktəbinin yaxınlığında artıq binanın özülünün qazıntısına başlanılıb. (Bakı şəhər icra hakimiyyətinin 2 aprel mitinqi ilə bağlı müxalifət partiyalarına təklif etdiyi meydanın yanı)

İşi «Azərrabitəinşaat» Açıq Tipli Səhmdar Cəmiyyət(ASC) görür. Bu barədə AzadlıqRadiosuna tikinti üzrə sahə rəisi Qaçay Quliyev məlumat verib.

Jurnalistlər üçün tikilən bina iki bloklu 17 mərtəbəli olacaq. İşlərin il yarıma, iki ilə yekunlaşacağı bildirilir.

Prezident İlham Əliyev 2010-cu il iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda Prezidentinin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılması ilə bağlı Maliyyə Nazirliyinə tapşırıq verilib.

1 Aprel, 2011  22:07 Baxılıb: 1337

Bu bölmədə