Simsar.az | bizi özünüzə Simsar bilin
İsa Qəmbərlə Əli Kərimliyə bilinməz nömrədən zəng gəlib

Onları Bakı Bakı Şəhər Baş Polis İdarəsinə çağıranın kimliyi bilinmir  

Müsavat Partiyasının sədri İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar. 

AXCP sədri BŞBPİ-nə saat 16.00-da, Müsavat başqanı İ.Qəmbər isə 17.30-da dəvət edilib.
Müsavat başqanını müavini Tofiq Yaqublu Simsar.az-a bildirib ki, İ.Qəmbər də deyilən vaxtda BŞBPİ-də olacaq.

Ə.Kərimli Azadlıq radiosuna bildirib ki, təyin olunmamış nömrədən özünü Bakı şəhər Baş Polis İdarəsinin rəisi Babayev kimi təqdim edən şəxs onu saat 16.00-da BŞBPİ-nə dəvət edib. Bildirib ki, rəis və prokuror onunla görüşmək istəyir.

Ə. Kərimli görüşün aprelin 2-nə təyin olunan mitinqlə bağlı olduğunu deyib.

RUSLAN





1 Aprel, 2011  20:57 Baxılıb: 1268

Bu bölmədə