Simsar.az | bizi özünüzə Simsar bilin
MSŞA Koalisiyası ölkədə aparılan həbslərə etiraz etdi

“Şura üzvü İlham Hüseynlinin azad olunmasını tələb edirik” 

İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığı Artırılması(MSŞA) Koalisiyası vətəndaş cəmiyyətinin fəal üzvlərindən olan, MSŞA Koalisiyasının Şura üzvü İlham Hüseynlinin həbsilə bağlı bəyanatla çıxış edib. 
Bəyanatda deyilir: “Sıralarında 150- yə yaxın QHT- ni birləşdirən Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası baş verən son son həbslərdən narahatlığını ifadə edir.
MSŞA Koalisiyası Azərbaycan hakimiyyətini vətəndaşların Konstitusiyada təsbit olunmuş ifadə, birləşmə və sərbəst toplaşma azadlığlarının təmin edilməsinə hörmət etməyə çağırır.
Koalisiya cəmiyyədə vətəndaş azadlıqlarının təminatı, şəffaflığın artırılması və korrupsiyanın azaldılması istiqamətində fəaliyyəti ilə seçilən Şura üzvü İlham Hüseynlinin martin 31-də evindən çıxıb işə gedərkən qanunsuz olaraq saxlanılması və əsassız olaraq həbs olunmasını pisləyir və onun dərhal azad olunmasını tələb edir”.
Simsar.az

1 Aprel, 2011  20:01 Baxılıb: 1346

Bu bölmədə