Simsar.az | bizi özünüzə Simsar bilin
PORTUQALİYA PARLAMENTİ BURAXILDI

Növbədən kənar seçki olacaq

Portuqaliya prezidenti Anibal Silva parlamenti buraxıb. Simsar.az saytı xəbər verir ki, növbədənkənar seçki 2011-ci il iyunun 5-nə təyin edilib. 

Anibal Silva bildirib ki, belə bir qərar ölkədə siyasi durumun çətinliyi ilə əlaqədar qəbul olunub – hökumət və müxalifət Portuqaliyada iqtisadi və sosial problemlərin həlli üzrə heç cür razılığa gələ bilmir.

Yeni parlament seçkisinədək Joze Sokrateş müvəqqəti hökumətə başçılıq edəcək.

Joze Sokrateş martın 23-də baş nazir postundan istefa verib. Buna onun parlamentə təqdim etdiyi yeni iqtisadi proqramın səsvermədən keçməməsi səbəb olub. 230 deputatdan yalnız 93-ü baş nazirin böhran əleyhinə proqramını dəstəkləyib.

1 Aprel, 2011  18:29 Baxılıb: 1307

Bu bölmədə