Simsar.az | bizi özünüzə Simsar bilin
1 aprel həm də beynəlxalq quşlar günüdür

1927-ci ildən bəri bu bayram kütləviləşib

1 aprel dünyada təkcə gülüş günü deyil, həm də Beynəlxalq quşlar günü kimi qeyd edilir. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. 

Bu günün təşəbbüskarları və ilk dəfə keçirilməsinin təşkilatçıları B.V.Vsesvyatskiy və P.P.Smolin olub. Bayram 1918-ci ildən etibarən qeyd edilir. 1927-ci ildən kütləvi xarakter alıb.

Bu gündə məktəblilər və quş həvəskarları bağlarda və parklarda yem təknələri və yuvalar asır, quş yuvalarını yeniləmək və təzədən tikməklə quşların köçüb gəlməsinə hazırlaşırlar.

Beynəlxalq statistikaya görə, dünyada 100 mindən çox quş növü var. Azərbaycanda isə 363-dən çox quş növü qeydə alınıb. Azərbaycan Ornitoloji Cəmiyyətdən verilən məlumata görə, ölkəmizdə qeydə alınan növlər 17 dəstə və 60 fəsiləyə mənsubdur. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10% -dən çoxu köç vaxtı qeydə alınan növlərdir.

Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub- Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir.

Simsar.az



1 Aprel, 2011  18:09 Baxılıb: 3659

Bu bölmədə