Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Kərimlinin evi qarşısındakı aksiya necə təşkil olunub?

Şəhər rəhbərliyi və Bakı polisi xəbərsizdi, DİN isə...

Dünən bir qrup gənc AXCP sədrinin yaşadığı mənzilin qarşısında aksiya keçirib. Dinc aksiya polis müdaxiləsi olmadan başa çatıb. Nəsimi rayonu Süleyman Rəhimov küçəsində keçirilən aksiyada saxlanılan olmayıb. 

Məlumatlara görə, aksiya Bakı Şəhər İcra Hakimiyətinə (BŞİH) öncədən xəbərdarlıq edilmədən hazırlanıb. Belə olan təqdirdə polis aksiyanın keçirilməsinə niyə mane olmayıb?

BŞİH mətbuat xidmətinin rəhbəri Nurənə Məmmədova “Simsar.az saytına deyib ki, aksiyaya icazə verilib-verilməməsi barədə onda hər hansı məlumat yoxdur.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin telefonuna cavab verən şəxs də eyni mövqeni sərgiləyib: “Aksiya barədə hər hansı məlumatımız yoxdur”.


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə əməkdaşımızla söhbətində aksiyanın dinc şəraitdə keçdiyini deyərək, bu səbəbdən polisin müdaxiləsinə ehtiyac olmadığını söyləyib: “Şükürlər olsun aksiya sakit başa çatdı.

Ruslan


1 Aprel, 2011  17:41 Baxılıb: 1407

Bu bölmədə