Simsar.az | bizi özünüzə Simsar bilin
Mübariz Qurbanlı müxalifətə xatırladır

“Keçmişinizi unutmayın”  

Müxalifətin yaratdığı Ictimai Palatanın sabah keçirmək istədiyi razılaşdırılmamış mitinqi xarici qüvvələrin əlində alət hesab edənlərin biri də YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlıdı.

“Azərbaycanın inkişafını görmək istəməyən xarici dairələr müxtəlif variantlara əl atırlar. Çox təəssüf ki, bu zaman Azərbaycanın daxilində olan bəzi insanlar bilərəkdən yaxud, bilməyərəkdən bu dairələrin toruna düşür. Bununla da, milli maraqlarımıza zidd hərəkət edirlər”- deyən YAP yetkilisi APA-ya açıqlamasında bəzilərin yaxэn keçmişdən ibrət götürmədiyinə də diqqət çəkib. Onun sözlərinə görə, o zamanlar xarici dairələrin təsirinə uyaraq Azərbaycanın daxilində bu və digər təxribatlar törətməklə ölkəmizə nə qədər böyük ziyan vurulduğu unudulmamalıdır: “Aprelin 2-də qanunsuz mitinq etmək istəyənlər vaxtilə hakimiyyəti biabırcasına qoyub qaçanlardır ki, bu gün bəzi xarici dairələrin əlində alətə çevriliblər”. 

Anar

1 Aprel, 2011  17:03 Baxılıb: 1222

Bu bölmədə