Simsar.az | bizi özünüzə Simsar bilin
Saxta pul kəsən 5 nəfər tutulub

Martın 31-də Bakıda saxta pul kəsməklə məşğul olan şəxslər tutulub 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Natiq Yaqubovdan, Cəmilə İsmayılovadan, Faiq Ağayevdən, Rahib Əliyevdən və Bərdə rayon sakini Ədalət Abbasovdan 1 ədəd saxta 100 manatlıq, 9 ədəd saxta 50 manatlıq, 8 ədəd saxta 20 manatlıq əskinaz, 6 ədəd bir üzü çap olunmuş 20 manatlıq əskinaz və 2 ədəd kartric götürülüb.

Araşdırmalar davam etdirilir.

1 Aprel, 2011  16:52 Baxılıb: 1250

Bu bölmədə