Simsar.az | bizi özünüzə Simsar bilin
Əsgər öldü

Səbəbi bilinmir

Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib.

APA-nın məlumatına görə, hadisə martın 31-də Müdafiə Nazirliyinin Naftalanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. 2010-cu ildə Bakının Nərimanov Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Məmmədli Kamil Lətif oğlu vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hazırda əsgərin ölümünün səbəbləri araşdırılır.

1 Aprel, 2011  16:34 Baxılıb: 1369

Bu bölmədə