Simsar.az | bizi özünüzə Simsar bilin
Mahir Şükürov “Anji”dən getdi?

Futbolçumuzun Belçika ilə oyunda iştirak etdiyi üçün problem yaranıb

Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Rusiyanın “Anji” komandasından kənarlaşdırılıb. 

Simsar.az-ın əldə etdiyi məlumata görə, Şükürov yığmamızın Belçika ilə 2012-ci il Avropa çempionatının seçmə qrup matçından sonra Mahaçqalaya yollanmayıb. 

O, son vaxtlar komanda rəhbərliyi ilə yaşadığı problemlərə etiraz əlaməti kimi bu addımı atıb. Klub rəhbərliyi isə 28 yaşlı müdafiəçinin adını əsas və əvəzedici heyət oyunçuları siyahısından çıxarıb.

1 Aprel, 2011  16:19 Baxılıb: 1559

Bu bölmədə