Simsar.az | bizi özünüzə Simsar bilin
Gözlərini yuma bilmir

Plastik cərrahiyyədən sonra yatmaq onun üçün işkəncəyə dönüb

Simsar.az CNN-ə istinadən bildirir ki, ABŞ-ın Nyu-Cersi ştatında yaşayan Merilin Leysz göz qapaqlarının üzərindəki şişləri götürmək üçün plastik cərrahiyyə əməliyatına məruz qalmağa qərar verəndə başına nələr gələcəyini təbii ki, bilmirdi.

Plastik cərrah Pol Parkerlə görüşən və əməliyyata məruz qalan Leysz əməliyyat başa çatandan sonra anlayıb ki, gözlərini normal şəkildə yuma bilmir.

Göz bəbəklərinin zərər görməməsi üçün müxtəlif damla dərmanlar və gelllərdən istifadə etmək məcburiyyətində qalmış qadının dediyinə görə, yatmaq onun üçün kabusa dönüb.
Cərrah P.Parkeri məhkəməyə verən qadın böyük məbləğdə təzminat tələb edir.

Parker isə bildirib ki, əməliyyatı 2005-ci ildə edib və o vaxtdan keçən 4 il ərzində qadın heç bir şikayət etməyib.

1 Aprel, 2011  03:02 Baxılıb: 1229

Bu bölmədə