Simsar.az | bizi özünüzə Simsar bilin
AÇ-2011: Stadnik də finalda

Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatı davam edir

Azerisport.az xəbər verir ki, yarış proqramının üçünü günündə Azərbaycanın daha 3 idmançısı meydana çıxıb.

Yığmamızın lideri Mariya Stadnik (44 kq) startda ispaniyalı Sara Mariya Sançes Parra ilə qarşılaşıb və qələbə qazanıb. Ardından britaniyalı Yana Stadnikə də eyni aqibəti yaşadan idmançımız yarımfinalda da Nina Matkovskanı mübarizədən kənarlaşdıraraq, adını finala yazdırıb. Qızıl medal qazanmaq üçün Stadnik həlledici görüşdə ukraynalı Kristina Daranutsaya qalib gəlməlidi.

Anjela Doroqan (51 kq) isə startda fransalı Vanessa Bubriemə qalib gəlsə də, növbəti görüşündə Nataliya Budu qarşısına aciz qalıb. Sözügedən idmançının finala vəsiqə qazana bilməməsi isə güləşçimizin bürünc medal qazanmaq arzusunu da gözündə qoyub.

55 kq-da yarışan Kəmalə Əliyeva isə rumın Anna Mariya Pavalı mübarizədən kənarlaşdıra bilməyib. O, rəqibinə 2:2, 0:4, 0:7 hesabıyla uduzduqdan sonra bürünc şansına malik olsa da, rumıniyalının finala çıxa bilməməsi idmançımızın medalsız qalmasına səbəb olub.

1 Aprel, 2011  02:58 Baxılıb: 1438

Bu bölmədə