Simsar.az | bizi özünüzə Simsar bilin
Ordumuzun əsgəri yaralandı

Cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb

Azərbaycan Ordusunun əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Milli Ordunun əsgəri, 18 yaşlı Anar Zabit oğlu Cəfərov güllə yarası ilə hərbi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, əsgər A.Cəfərov xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində özünü yaralayıb. Onun vəziyyəti kafidir.

Qeyd edək ki, A.Cəfərov Kürdəmir Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

1 Aprel, 2011  02:11 Baxılıb: 1270

Bu bölmədə