Simsar.az | bizi özünüzə Simsar bilin
Soyqrım qurbanlarının xatirəsi DİN-də anılıb

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilib

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov erməni millətçilərinin iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin XXI əsrin əvvəllərinədək davam etdiyini, bu mənfur siyasət nəticəsində yüz minlərlə insanın həyatına son qoyulduğunu, soyqırımı barədə real faktların uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl həqiqətlərin tarixi ədəbiyyatda öz əksini tapmadığını təəssüflə bildirib.

Soyqırımın bu illər ərzində erməni şovinizminin əsas aparıcı xəttinə çevrildiyini xatırladan Oruc Zalov məhz ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıtdıqdan sonra həmin cinayətkar fəaliyyətə, iki əsr ərzində xalqımıza qarşı törədilmiş vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verdiyini, ulu öndərin tarixi ədaləti bərpa edərək 1998-ci ilin martın 26-da imzaladığı fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini vurğulayıb. Qeyd olunub ki, məhz bu tarixi sənəddən sonra hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti pislənilir.

Polis general-leytenantı Oruc Zalovun təklifi ilə mərasim iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Tədbirə yekun vuran nazir müavini Oruc Zalov bildirmişdir ki, ümummilli liderimizin layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin milli maraqlarının təmin olunması, vətəndaşlarımızın ümumi məqsəd və mənafe naminə birləşməsi, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yönündə çox uğurlu siyasət aparır. O, əminliklə vurğulamışdır ki, xalqımız başına gətirilən tarixi faciələri unutmadan, onlardan düzgün nəticə çıxarmaqla ulu öndərimizin idealları, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşəcək, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, doğma yurd-yuvalarından didərgin düşmüş minlərlə soydışımız öz ata-baba torpaqlarına qayıdacaqlar.

1 Aprel, 2011  00:29 Baxılıb: 1755

Bu bölmədə