Simsar.az | bizi özünüzə Simsar bilin
Polis bəyanatı: "Qətiyyətli olacağıq"

DİN: "Aprelin 2-də aksiya barədə açıqlama yaydı"

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) İctimai Palatanın (İP) aprelin 2-də Bakının mərkəzində mitinq keçirmək barədə qərarına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda kütləvi aksiyaların keçirilməsi üçün müvafiq yerlər ayırıb: “Bakı Şəhər İcra Hakimiyyəti müxalifət partiyalarına konkret ərazidə mitinq keçirməyə icazə verib. Əgər onlar həmin yerdə mitinq keçirərsə, polis əməkdaşları qanuna müvafiq olaraq ictimai asayişi və aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcək. Əks halda, onlar Bakının mərkəzi küçə və meydanlarında icra hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə, ictimai asayişi pozmağa cəhd göstərərlərsə, qarşısı qətiyyətlə alınacaq”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti İP-nın mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Bakı Şəhər İcra Hakimiyyəti “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyası keçirməyə icazə verməyib. Əvəzində aksiyanın Bibiheybət qəsəbəsində keçirilməsi təklif edilib. İctimai Palata isə mitinqi aprelin 2-si saat 14.00-da “Fəvvarələr meydanı”nda keçirməyə qərar verib.

31 Mart, 2011  20:50 Baxılıb: 1253

Bu bölmədə