Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafi islahatlara başlayır?

Diktatorun xarici işlər naziri getdi

Simsar.az məlumatına görə, İngiltərə hökuməti nazirin istefa verdiyini təsdiqləyib və Kusanın Londonda olduğunu bildirib. Kusaya yaxın qaynaqlar isə qeyd edib ki, nazir Liviya hökumətinin vətəndaşlara qarşı hücumuna etiraz olaraq istefa edib.

ABŞ-ın yüksək səviyyəli səlahiyyətlisi isə Liviyanın XİN-nin istefasının çox əhəmiyyətli olduğunu söyləyib. Adını açıqlamaq istəməyən səlahiyyətli “AFP”yə verdiyi açıqlamada deyib ki, bu istefa Liviya lideri Müəmmar Qəddafinin ətrafında olan insanların artıq onun rejiminin sağlamlığına inanmadığını göstərir.

İngiltərənin Xarici İşlər Nazirliyi isə bildirib ki, Qəddafi rejimini təmsil edən Kusa artıq bu vəzifəni icra etmək istəmir.

31 Mart, 2011  16:03 Baxılıb: 1253

Bu bölmədə