Simsar.az | bizi özünüzə Simsar bilin
Bəhreyndə vəziyyət sürətlə pisləşir

Müxalif blokundan istefaya çıxan 18 millət vəkilindən 11-nin istefası Məclisdə qəbul edilib

Simsar.az TRT-yə istinadən bildirir ki, Bəhreyndə siyasi gərginlik dərinləşməkdə davam edir.

Keçən ay hökumətin aksiyaçılara qarşı sərt müdaxiləsinə etiraz etmək məqsədilə Şiə müxalif blokundan istefaya çıxan 18 millət vəkilindən 11-nin istefası Məclisdə qəbul edilib. Digərlərinin isə istefa tələbləri daha sonra müzakirə ediləcək.

Bəhreyndə hakimiyyət tərəfdarları ilə müxaliflər arasındakı gərginlik davam edərkən müxalif qruplara məxsus binalara qarşı hücum çəkildiyi bildirilir.

31 Mart, 2011  03:43 Baxılıb: 1229

Bu bölmədə