Simsar.az | bizi özünüzə Simsar bilin
Hulusi Kılıç danışdı, amma heçnə demədi

Türkiyənin Azərbaycandakı səfiri Xankəndində tikiləcək aeroport qalmaqalına münasibət bildirdi

“Xankəndinə uçuşlarla bağlı qərar beynəlxalq hüquqa əsaslanmalıdır”

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycan rəsmilərinin Xankəndində istifadəyə veriləcək hava limanına uçuşlar edəcək təyyarələrin vurulacağı barədə açıqlamalarına münasibət bildirərkən deyib. 


Səfir Türkiyənin hər zaman Azərbaycanı dəstəklədiyini bir daha vurğulayıb: “Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. İşğal altında olan Xankəndinə təyyarələrin uçuşları ilə bağlı qərar beynəlxalq hüquqa əsaslanmalıdır”.

30 Mart, 2011  18:33 Baxılıb: 1236

Bu bölmədə