Simsar.az | bizi özünüzə Simsar bilin
17 Korrupsiya faktı məhkəmədə

Bu barədə Rüstəm Usubov məlumat verib

2011-ci ildə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 17 işin istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib. 

Simsar.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib. O qeyd edib ki, hazırda idarədə 73-75 işin istintaqı davam etdirilir. R.Usubov, həmçinin yeni istifadəyə verilən “161” nömrəli qaynar xəttə 968 müraciət daxil olub: “Hazırda həmin müraciətlərin araşdırılması davam etdirilir”. 


O qeyd edib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ölkədə bu tip faktlarla mübarizə istiqamətində çox ciddi fəaliyyət göstərir.

30 Mart, 2011  16:40 Baxılıb: 1186

Bu bölmədə