Simsar.az | bizi özünüzə Simsar bilin
Ramil Usubov Şəki və Lənkəranda vətəndaşları qəbul edəcək

Qəbul apreldə keçiriləcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin aprel ayının 11-də Şəki şəhərində, aprel ayının 25-də Lənkəran rayonunda daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu keçiriləcək.


Bu barədə Simsar.az-a DİN mətbuat xidmətindən bildirilib. Qəbul aşağıdakı yer və vaxtlarda olacaq.

Hansı şəhər-rayonun
sakinləri qəbul ediləcək
Qəbulun keçiriləcəyi
tarix
Qəbulu keçirən


Şəki, Balakən, Qax, Oğuz, Zaqatala,
Qəbələ


11.04.2011



Nazir, general-polkovnik
R.Usubov


Lənkəran, Cəlilabad, Masallı
25.04.2011
Nazir, general-polkovnik
R.Usubov



Qeyd edək ki, vətəndaşların qəbulu siyahıda birinci göstərilən şəhər-rayon polis şöbələrində keçiriləcək. Qəbul saat 11.00-da başlayır.

30 Mart, 2011  02:12 Baxılıb: 1253

Bu bölmədə