Metyu Brayzanın aeroport mövzusunda müzakirə təklifi
“Biz hesab edirik ki, mülki təyyarələrin vurulması təhlükəsi olmamalıdır” ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Azərbaycan və Ermənistanı mülki aviasiya məsələləri və Xankəndində aeroportun açılışı məsələlərində diskussiyalara çağırıb. APA-nın məlumatına görə, Metyu Brayza Azərbaycanın işğal altında olan ərazilərində aeroportun açılmasına münasibətini belə şərh edib: “Mənim hökumətimin aeroportun açılışı ilə bağlı mövqeyi ondan ibarətdir ki, biz tərəfləri mülki aviasiyanın bu məsələlərini müzakirə etməyə çağırırıq. Biz hesab edirik ki, mülki təyyarələrin vurulması təhlükəsi olmamalıdır. ABŞ güc tətbiqini, o cümlədən qoşunların təmas xəttində silahlı insidentləri qınayır”.
29 Mart, 2011 23:11 ⁄ Baxılıb: 1303
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |