Simsar.az | bizi özünüzə Simsar bilin
Meyxanaçı Vüqarın 37 yaşı oldu

O ad gününü dəbdəbəli keçirmədi

Meyxanaçı Vüqar Əbdülovun dünən 37 yaşı tamam olub. Meyxana ustası yeni yaşını təntənədən uzaq, evdə, ailəsi ilə birgə qeyd edib. 

V. Əbdülovu sənət dostları təbrik edib. Meyxanaçı digər sənət dostlarından fərqli olaraq yaşını gizlətməyib. 

Simsar.az-a danışan meyxana ustası ad gününün dəbdəbədən uzaq keçdiyini təsdiqləyib: “Bilirsiniz, doğum günü özəl hadisədir. Düşünürəm ki, belə günləri ailə ilə birlikdə olmaq daha məqsədəuyğundur. Dostlarıma da minnətdaram ki, onlardan xeyli təbriklər almışam”.

Simsar.az saytı da meyxana ustasını doğum günü münasibətilə təbrik edir.

29 Mart, 2011  18:29 Baxılıb: 2383

Bu bölmədə