Simsar.az | bizi özünüzə Simsar bilin
Seulda radioaktiv yod aşkarlandı

Cənubi Koreyanın paytaxtı Seulda radioaktiv yod izotopu aşkarlanıb

Simsar.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, təhlükəli maddə şəhərin 12 nöqtəsində tapılıb. 

Koreya Nüvə Təhlükəsizliyi İnstitutunun ekspertləri bildiriblər ki, yodun zənginlik dərəcəsi insan sağlamlığı üçün təhlükəli həddə deyil.

Radioaktiv yod izotopların izləri Kanada sahillərində dəniz suyunda da aşkarlanıb. Ekspertlər bunu da Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən qəza ilə əlaqələndirirlər.

29 Mart, 2011  17:41 Baxılıb: 1941

Bu bölmədə