Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ Suriyanı bombalamaqla hədələdi

ABŞ dövlət katibi Hillari Klinton Suriyanın bombalana biləcəyini istisna etməyib

Simsar.az-ın verdiyi məlumata görə, Hillari Klinton “CBS” telekanalına müsahibəsində deyib ki, Suriyada yaşanan qanlı olayları qınayır və hökuməti islahatlar aparmağa, sülhpərvər addımlar atmağa çağırırlar. 


Suriyadakı vəziyyətin Liviya ilə eyni olmadığını dilə gətirən dövlət katibi bildirib ki, Suriya beynəlxalq ictimaiyyətin qınağı ilə üzləşərsə, BMT Təhlükəsizlik Şurasından səlahiyyət alan bir koalisiya gücü bu ölkəyə hərbi müdaxilə edə bilər. Lakin Hillari Klinton hazırda Suriyaya hərbi müdaxilə ilə bağlı bir planın olmadığını da vurğulayıb.

29 Mart, 2011  02:14 Baxılıb: 1260

Bu bölmədə