Simsar.az | bizi özünüzə Simsar bilin
Ağdaş və Şamaxıda qaz verilməsi dayandırılacaq

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Simsar.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, aparılacaq cari təmir işləri ilə əlaqədar martın 29-da saat 09:00-dan 18:00-dək “Ağdaş” və “Şəmsabad” qazpaylayıcı stansiyalarında, Dağkəsəmən avtomatlaşdırılmış qazpaylayıcı stansiyasında, Köçəsgər qazpaylayıcı stansiyasından Ağstafa rayonuna gedən qaz kəmərində, o cümlədən Şamaxı, Mədrəsə və Çuxuryurd açıq qazpaylayıcı stansiyalarında təbii qazın təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ağstafa rayonunun Poylu, Taplı, Dağkəsəmən kəndlərinin, eləcə də Ağdaş və Şamaxı şəhərlərinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

29 Mart, 2011  01:49 Baxılıb: 1342

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası