Simsar.az | bizi özünüzə Simsar bilin
Orxan Pamuk cəzalandırıldı

Nobel mükafatçısı 5 nəfərə 6 min lirə ödəməlidir

Simsar.az - ın türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Nobel mükafatı laureatı 2005-ci ildə ondan şikayət edən beş nəfərə 6 min lirə(3.8 dollar) ödəyəcək. Yazıçının qərara etiraz etmək üçün 15 gün vaxtı var. Orxan Pamuk Türkiyədə bir milyon erməninin və 30 min kürdün öldürüldüyünü , lakin bunu ondan başa heç kəsi maraqlandırmadığını bildirmişdi. İddia ilkin olaraq qəbul edilməsə də apelyasiya məhkəməsi işə yenidən baxmağa qərarı verib. Onu məhkəməyə hüquqşünas Kamal Kerinçsiz və hərbi əməliyyatlar zamanı həlak olan 4 türk əsgərinin yaxınlarının verdiyi bildirilir. Hazırda şikayətçilərdən biri Türkiyə Hüquqşünaslar Assosiasiyasının keçmiş rəhbəri Kamal Kerinçsiz anti-hökumət təşkilatı olan “Ergenekon” işi ilə bağlı həbsdədir. Türkiyə hökumətinin isə sui-qəsdçilərin məqsədlərindən biri də Pamuku öldürmək olduğunu açıqlayıb.

28 Mart, 2011  22:06 Baxılıb: 1592

Bu bölmədə