Simsar.az | bizi özünüzə Simsar bilin
MDB XİN başçılarının növbəti toplantısı

Toplantı aprelin 8-də Kiyevdə keçiriləcək

Aprelin 8-də Kiyevdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin xarici işlər nazirləri Şurasının növbəti iclası keçiriləcək.

APA-nın MDB İcra Komitəsinə istinadən verdiyi məlumata görə, iclasın gündəliyinin layihəsinə 13 məsələ daxil olub.
Müzakirə olunacaq məsələlər arasında MDB-nin yaradılmasının 20 və Böyük Vətən Müharibəsinin başlanmasının 70 illiyinə hazırlıq, humanitar, elm və mədəniyyət, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq və s. var.

28 Mart, 2011  20:17 Baxılıb: 1236

Bu bölmədə