Simsar.az | bizi özünüzə Simsar bilin
Suriya hökuməti istefaya gedəcək

Rəsmi Dəməşq ölkədə artan gərginlikdən çıxış yolu aramaqdadır

“MIGnews”-un məlumatına əsasən, “Əl-Ərəbiyyə” telekanalı bildirib ki, martın 29-da Suriya hökuməti istefaya göndəriləcək. 

Müşahidəçilərin fikrincə, nazirləri istefaya göndərməklə prezident Bəşər Əsəd ölkədəki etiraz aksiyalarına son veriləcəyinə ümid edir.

Bundan başqa, Suriyanın Ana Yasasının 8-ci maddəsi də dəyişdirilir. Həmin müddəada bildirilirdi ki, hakim BƏƏS partiyası dövlətin və cəmiyyətin əsas partiyasıdır.

Ötən gün Suriya prezidenti 1963-cü ildən bəri tətbiq edilən fövqəladə rejim də ləğv edib.

28 Mart, 2011  19:48 Baxılıb: 1345

Bu bölmədə