Simsar.az | bizi özünüzə Simsar bilin
Mətbuat Şurası Ramil Usubova müraciət etdi

Baş verənlərdən təəssüflənən Əflatun Amaşov olayın obyektiv araşdırılacağına ümid edir 

“Azadlıq” qəzetinin şərhçisi, AXCP funksioneri Seymur Həziyevin döyülməsi ilə əlaqədar Mətbuat Şurası Daxili İşlər Nazirliyinə müraciət edib. Müraciətdə S.Həziyevin martın 26-da naməlum şəxslər tərəfindən döyülməsi məsələsinin araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması xahiş olunub.  
Bu barədə Simsar.az-a açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, müraciət artıq DİN-ə göndırilib. O, baş verənlərdən təəssüfləndiyini və olayın obyektiv araşdırılacağına ümid etdiyini deyib.

28 Mart, 2011  19:38 Baxılıb: 1296

Bu bölmədə