Simsar.az | bizi özünüzə Simsar bilin
İbrahim Tatlısəs palataya köçürülüb

Tatlısəs hələlik ayağa qalxa bilmir

Martın 14-nə keçən gecə İstanbulda sui-qəsdə məruz qalan və başından güllə yarası alan İbrahim Tatlısəs müalicə olunduğu xəstəxananın reanimasiya bölməsindən adi palataya köçürülüb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, sənətçinin ötən həftənin cümə günü adi palataya yerləşdirildiyi açıqlanıb. Həyatına təhlükə tam sovuşsa da, İ. Tatlısəs hələlik ayağa qalxa bilmir.

Həkimlər mətbuat üçün müğənnidən qısa açıqlama da alıblar. “Özünü necə hiss edirsən?” sualına İbo “Süperəm, super!” cavabını verib. O, həkimlərdən məmnun olduğunu deyib. Xəstəxanaya gətirildiyi gündən bəri pərəstişkarlarının onun durumu haqqında məlumat almaq üçün xəstəxananın həyətində gözlədiklərini, xəstəxanaya çoxlu sayda telefon zəngi, e-mail daxil olduğunu öyrənən İ. Tatlısəs kövrəlib: “Məni sevənlərin duasını gözləyirəm”.

Həkimlər İ. Tatləsəsin sakit bir mühitə ehtiyacı olduğunu, bu səbəblə ailə üzvlərindən başqa heç kimlə görüşdürülməyəcəyini, mətbuata açıqlama verməyəcəyini bəyan ediblər.

28 Mart, 2011  19:12 Baxılıb: 1256

Bu bölmədə