Simsar.az | bizi özünüzə Simsar bilin
Tanınmışların bəyanatına şəhər rəhbərliyi əhəmiyyət vermədi

«Açığı bəyanatda qeyd olunanlara heç münasibət bildirmək istəmirəm»

«Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın mərkəzində park salınması bəhanəsi ilə Füzuli, Ş.Bədəlbəyli, Ə.Topçubaşov, R.Rza küçələrində vandalizm həyata keçirib. Polisin müdaxiləsi ilə zorakılıqla yüzlərlə mülkiyyətçi və onların ailələri mənzillərindən küçəyə atılıb, yaşayış binaları, memarlıq abidələri uçurulub. Bakı Şəhər İcra Hakimiyyəti mənzillərin həqiqi bazar qiymətini nəzərə almadan 1 kvadratmetr üçün 1500 manat müəyyən edib və bununla razılaşmaq istəməyən vətəndaşları zorakılıqla mülkiyyətindən məhrum edib, təqib və repressiyaya məruz qoyub”.

Vahid Azərbaycan Milli Birlik Partiyasının hazırladığı bu bəyanata partiya sədrləri İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Sabir Rüstəmxanlı və basqaları qosulub.

Bəyanatda ölkənin dövlət orqanlarından Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətlərinə, memarlıq abidələrini qəsdən məhv etməsinə hüquqi qiymət verilməsi və günahkarların cəzalandırılması tələb edilir.

Bəyanata münasibət bildirən Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova Simsar.az-a açıqlamasında bildirib ki, qeyd olunan ünvanda aparılan söküntü işləri qanun çərçivəsində aparılıb: «Ərazidəki köhnə evlər sökülüb, yeni park salınır. Məsələ çoxdan həllini tapıb. Bir neçə aydan sonra belə bir bəyanatın verilməsi məndə təəccüb doğurur. Açığı bəyanatda qeyd olunanlara heç münasibət bildirmək istəmirəm».

RAMİL

28 Mart, 2011  18:35 Baxılıb: 1296

Bu bölmədə