Simsar.az | bizi özünüzə Simsar bilin
1 gümüş və 2 bürünc medal

Azərbaycan gimnastları Dünya Kubokunda 1 gümüş və 2 bürünc medal qazanıblar

İtaliyanın Pesaro şəhərində keçirilən bədii gimnastika üzrə Dünya kubokunun növbəti mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan yığması üçün uğurlu alınıb. 

Belə ki, gimnastlarımızdan Aliyə Qarayeva Dünya kubokunu 2 bürünc medalla başa vurub. O, həlqə (27,300) və topla (27,650) hərəkətlərin yekununda fəxri kürsünün III pilləsinə qalxıb. Qarayeva ilə yanaşı, yeniyetmələrdən ibarət qrup komandamız da Pesaronu medalla tərk edib. Yığmamız 5 iplə hərəkətlərdə gümüş medala layiq görülüb.

28 Mart, 2011  17:16 Baxılıb: 1546

Bu bölmədə